Rebiçin yeni klubu bilindi

“Beşiktaş”dan ayrılan Ante Rebiçin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, xorvatiyalı cinah oyunçusu “Leççe” ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Rebiç daha əvvəl İtaliyada “Fiorentina”, “Milan”, “Verona” kimi klublarda çıxış edib. O, “Beşiktaş” formasıyla Super Liqada 15 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.