“Real”ın futbolçusu Dani Karvahal açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, özünü mövsümün ən yaxşı cinah müdafiəçisi adlandırıb:
“Ötən mövsümü dəyərləndirsək, belə olduğunu düşünürəm. Özümə güvənim əlavə üstünlük verir. Yaxşı il keçirdim. Çempionlar Liqasını qazandıq, hətta finalda qol vurdu. La Liqanı da çempion tamamladıq. İndi İspaniya millisi ilə Avropa çempionatında maksimum irəli getmək istəyirik”.