“Real”ın üzvü “Qalatasaray”a keçə bilər

“Real”ın qapıçısı Andrey Lunin karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” ukraynalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu Fernando Musleranın yerinə Lunini transfer etmək istəyir.

Klublar arasında danışıqların yaxın zamanda başlayacağı bildirilir.

Lunin bu mövsüm 10 oyunda 13 qol buraxıb. O, 4 matçda “çərçivə”ni toxunulmaz saxlayıb.