“Real”ın seriyası davam etdi

“Real” İspaniya La Liqasının IV turunda “Betis”i məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, “kral klubu” çempionatda 36 oyundur, uduzmur. Komanda bu görüşlərdə 26 qələbə qazanıb, 10 heç-heçə edib.

“Real” sonuncu dəfə 2023-cü ilin sentyabrında “Atletiko”ya məğlub olub – 1:3.