“Real”ın sabiq futbolçusu Rafael Alkorta “Arsenal”ın müdafiəçisi Uilyam Salibanı “kral klubu”na məsləhət görüb.
Futbolpress.az xəbər verir ki, o, bu barədə “Cadena CER”ə danışıb:
“Salibanı yanvarda transfer etməzdim. Gözləyərdim və Aymerik Laporteni izləyərdim. Onu da bir seçim kimi nəzərdən keçirərdim. Amma Saliba kimi oyunçu kluba lazımdır. “Real” onun üçün 80 milyon avro xərcləməlidir. İstənilən halda, “Real” belə kritik məsələlərdə nadir hallarda səhvlərə yol verir”.
Saliba bu mövsüm 12 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.