“Real”ın sabiq futbolçusu vəfat etdi

“Real”ın sabiq futbolçusu Xavyer Dorado vəfat edib.

Futbolpress.az xəbər verir ki, keçmiş müdafiəçi 49 yaşında dünyasını dəyişib. O, bir müddət idi xərçəngdən əziyyət çəkirdi.

Dorado “Real”la 1999/2000 mövsümündə Çempionlar Liqasını qazanıb.