“Real”ın sabiq futbolçusu Türkiyədə işləyəcək

“Real”ın sabiq futbolçusu Mişel Salqado Türkiyədə işləyəcək.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Sakaryaspor”a baş məşqçi təyin edilib. Bu barədə klubun prezidenti Gökhan İn yerli mətbuata açıqlamasında deyib.

Salqado 1999-2009-cu illərdə “Real”da forma geyinib. O, məşqçi karyerası ərzində yalnız Kiprdə “Pafos”da işləyib.

“Sakaryaspor” Türkiyə I Liqasında mübarizə aparır.