“Real”ın sabiq futbolçusu “Milan”a keçə bilər

“Latsio”nun futbolçusu Mario Gila karyerasını “Milan”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qırmızı-qaralar” müdafiəçini komandadan ayrılacağı gözlənilən Fikayo Tomoriyə əvəzləyici kimidüşünür.

Gila 2022-ci ilin yayında “Real”dan “Latsio”ya keçib. Onun “transfermarkt”da dəyəri 28 milyon avrodur.

24 yaşlı müdafiəçi bu mövsüm 14 oyunda meydana çıxıb.