“Real”ın sabiq futbolçusu Argentina klubunu çalışdıra bilər

“Real”ın sabiq futbolçusu Quti Argentinada işləyə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “San Lorenso” klubu ilə danışıqlar aparır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Argentina klubu Quti ilə danışıqların son mərhələsindədir.

Mütəxəssis son olaraq İspaniyada “Almeriya”nı çalışdırıb. O, 2020-ci ildən işsizdir.