La Liqanın iki hakimi Alexandro Munis və İqlesias Villanueva cəzalanıb.
Futbolpress.az xəbər verir ki, referilər çempionatda keçirilən “Espanyol” – “Real” oyununda (1:0) yol verdikləri kobud səhvlərə görə müvəqqəti diskvalifikasiya olunub.
“Real”ın hücumçusu Kilian Mbappe oyunun ikinci hissəsində rəqib oyunçu tərəfindən kobud qayda pozuntusuna məruz qalsa da, referi oyunçuya sarı vərəqə göstərməklə kifayətlənib. Munis oyundan sonra fransalı hücumçudan üzr istəyib.