“Real”ın legioneri: “Futbolda qalmaq istəmirəm”

“Real”ın futbolçusu Orelyen Çuameni açıqlama verib.

Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını bitirdikdən sonra futbolda qalmaq istəmədiyini deyib:

“Futboldan sonra bütün diqqətimi ailəmə verəcəm. İdmanda qalmaq istəmirəm. Bir şirkət rəhbəri olmağı daha üstün tuturam”.

24 yaşlı futbolçu bu mövsüm “Real”la 15 oyuna çıxıb.