“Real”ın zədəli futbolçuları Ferland Mendi və Xesus Valyexo komandayla məşqlərə başlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu şans veriləcəyi halda, La Liqanın V turunun “Real Sosyedad”la görüşündə oynaya bilər.
Mendi Fransa yığmasının düşərgəsində zədə almışdı. Valyexo isə mövsümün əvvəlində zədə alıb və komandanın son üç matçında oynamayıb.