“Real”ın hücumçusundan son beş mövsümün rekordu

“Real”ın futbolçusu Xoselu La Liqada son beş ilin rekorduna imza atıb.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı forvard çempionatın 37-ci turunda “Vilyarreal”la görüşdə (4:4) fərqlənməklə qollarının sayını 10-a çatdırıb.

Xoselu son beş mövsümün hər birində azı 10 qol vuran ilk oyunçu olub.

Forvard mövsümün əvvəlində “Espanyol”dan icarə əsasında “Real”a keçib.