“Real”ın hücumçusu Endrik komandanın Çempionlar Liqasında qol vuran ən gənc futbolçusu adını qazanıb.
Futbolpress.az xəbər verir ki, o, dünən “Ştutqart”la görüşdə (3:1) sonuncu qolun müəllifi olub. Endrik turnirdə 18 yaş 113 günlüyündə fərqlənib.
“Real”ın bundan əvvəlki rekordçusu keçmiş hücumçu Raul Qonsales idi. O, 1995-ci ildə 18 yaş 113 günlüyündə fərqlənmişdi.