Braziliya millisinin və “Real”ın futbolçusu Rodriqo Qoes PSJ-yə keçməkdən imtina edib.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Paris klubu 23 yaşlı hücumçu üçün madridlilərə sorğu göndərsə də, oyunçu özü “yox” deyib.
Rodriqo daha bir neçə il “Real”da oynamaq arzusundadır.
Braziliyalı hücumçu ötən mövsüm La Liqada 34 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.