“Real”ın futbolçusu Eder Militao Braziliya yığmasının oktyabrda keçirəcəyi oyunları buraxacaq.
Futbolpress.az xəbər verir ki, müdafiəçinin sol budunda kiçik əzələ zədəsi aşkarlanıb. O, bu səbəbdən yığmanın düşərgəsindən ayrılıb.
Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 11-də Çili, 16-da isə Peru ilə qarşılaşacaq.