“Real”ın futbolçusu karyerasını bitirə bilər

“Real”ın futbolçusu David Alaba karyerasını bitirə bilər.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı müdafiəçi zədə səbəbindən bu qərarı verə bilər. Alaba ötən mövsümün əvvəlində dizindən zədə alıb və hələ yaşıl meydanlara qayıtmayıb.

Bir müddət əvvəl məşqlərə başlayan oyunçu ağrılar səbəbindən yenidən sıradan kənar düşüb.

David 2021-cil ilin iyulunda “Real”a keçib. O, La Liqada 63 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.