“Real”ın futbolçusu: “Karyeramı bitirmək haqda düşünmürəm”

“Real”ın futbolçusu Dani Karvahal açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı müdafiəçi hələ karyerasını bitirmək haqda düşünmədiyini deyib:

“Müqaviləm gələn yaya qədərdir. Hazırda karyeramı bitirmək haqda düşünmürəm. Ailəmlə danışdım və onlara hələ oynamaq istədiyimi dedim. İllər keçdikcə başa düşürsən ki, hər anın qədrini bilməli və həzz almalısan. Klubla münasibətlərim çox yaxşıdır, əməkdaşlığı davam etdirmək istəsələr, uzun müddət burada qalacağam”.

Karvahal “Real”ın yetirməsidir. O, 2012-2023-cü illərdən “kral klubu”nda forma geyinir. Karvahal 4 dəfə La Liqanı, 6 dəfə Çempionlar Liqasını qazanıb. Müdafiəçi bu il İspaniya yığması ilə Avropa çempionu olub.