“Real”ın futbolçusu İtaliya klubuna keçəcək

“Real”ın futbolçusu Niko Paz karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Komo” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. A Seriyası klubu Nikonu 6 milyon avro qarşılığında transfer edib.

Argentinalı futbolçu ötən mövsüm “Real”da 9 oyunda 1 qol vurub.