Mövsümün sonunda “Real”dan ayrılacağını açıqlayan Naço karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “İnter” 34 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.
Naço müdafiəçinin bir neçə mövqeyində oynamağı bacarır. “İnter”in baş məşqçisi Simone İnzaqi bu səbəbdən ispan futbolçunun transferini istəyir.
Madrid təmsilçisinin kapitanı bu mövsüm 42 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl “Bayer”in təklifini rədd edib.