“Real”ın futbolçusu “Barselona”lını təriflədi

“Real”ın futbolçusu Antonio Rüdgier “Barselona”nın vingeri Lamin Yamal haqda danışıb.

Futbolpress.az xəbər verir ki, alman müdafiəçi əzəli rəqiblərinin oyunçusunu tərifləyib:

“Yamalın etdikləri inanılmazdır. Ona daha çox şans vermək lazımdır.17 yaşında “Barselona”da bu səviyyədə oynamaq əladır. İnşallah, sağlam olar. Gələcəyi parlaqdır. Yamalın etdikləri adamı qorxudur”.

Lamin bu mövsüm La Liqada 8 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.