“Real”ı yarımfinala buraxmadılar

Qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olub.

Futbolpress.az xəbər verir ki, Fransanın “Lion” və İngiltərənin “Arsenal” klubları final yolunda ilk addımı atıb.

“Lion” “Bavariya”nı, “Arsenal” isə Madrid “Real”ını sıradan çıxarıb.

Digər yarımfinalçılar isə “Volfsburq” – “Barselona” və “Mançester Siti” – “Çelsi” cütünün qalibi olacaq.