“Real” onu komandada saxlamaq istəyir

“Real” müdafiəçisi Naço Fernandesə yeni müqavilə təklif edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Qeyd olunub ki, “kral klubu” Naçodan daha bir il komandada qalmasını xahiş edib.

İspan futbolçunun klubla müqaviləsi ayın sonunda başa çatacaq. Naçonun yaxın günlərdə Madrid təmsilçisinə cavab verəcəyi qeyd olunub.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarından Naçoya təklif olduğu qeyd olunurdu.