“Real”ın futbolçusu Naço Fernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Əl-Qədsiya” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Naço ilə 2 illik müqavilə imzalanacaq.
Müdafiəçi “Real”ın yetirməsidir. O, 2001-ci ildən “kral klubu”nda forma geyinir. Naçonun komanda ilə müqaviləsi ayın sonuna kimidir.