“Real”dan Rodriqoya “yaşıl işıq”

“Real”ın futbolçusu Rodriqo Madrid klubunu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “TodoFichajes” məlumat yayıb.

Qeyd olunub ki, Mbappenin mümkün transferindən sonra futbolçu ehtiyatda qala bilər. Madrid klubu Rodriqonun karyerasında yüksəlişin olduğu zamanda onun ehtiyatda qalmasını istəmir. Buna görə də braziliyalı 100 milyon avro qarşılığında klubundan ayrıla bilər.

Onunla “Mançester Yunayted”, “Çelsi”, “Liverpul” və PSJ yaxından maraqlanır.

Mövsümün sonunda PSJ-dən ayrıldığını açıqlayan Kilian Mbappenin yaxın zamanlarda Madrid klubu ilə müqavilə imzalayacağı gözlənilir.