“Real”dan rekord göstərici

“Real” İspaniya La Liqasının XXXVI turunda “Alaves”i məğlub edib – 5:0.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi bu mövsüm 20-ci oyunda qol buraxmayıb. Bu, klub tarixinin rekord göstəricisidir.

“Real” bundan əvvəl 1986/87 mövsümündə 19 oyunda qol buraxmamışdı.

Madrid klubu bir neçə tur öncə çempionluğunu rəsmiləşdirib.