“Real”dan Qətər klubuna

“Real”ın hücumçusu Xoselu karyerasını Qətərdə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı forvard “Əl Qarafa”ya keçib. Onunla 2 illik müqavilə imzalanıb. Qətər klubu Xoselu üçün “Real”a 1,5 milyon avro ödəyib.

İspan hücumçu ötən mövsüm 49 oyunda 17 qol vurub.