“Real”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda

“Real”dan ayrılan Naço Fernandesin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Əl Qadisiya”ya keçib. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Naço ilə 2 illik müqavilə imzalanıb.

Müdafiəçi 2012-2024-cü illərdə “Real”ın formasını geyinib.