“Real”da yeni müqavilə

“Real” Luka Modriçlə yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd olunub ki, yarımmüdafiəçi daha bir il Madrid klubunun formasını geyinəcək. Modriçlə müqavilənin müddəti iyunun sonunda başa çatacaqdı.

2012-ci ildən Madrid klubunda çıxış edən xorvat bu mövsüm 46 matçda  2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.