“Real”da ciddi itki

Madrid “Real”ı müdafiəçisi Lukas Vaskesin zədəsi səbəbindən daha bir futbolçusunu itirib.

Futbolpress.az xəbər verir ki, Madrid klubunun heyətində hazırda 5 zədəli müdafiəçi var: Dani Karvaxal, Eder Militao, David Alaba, Antonio Rudiger, Lukas Vaskes.

“Real” şənbə günü evdə “Atletikonu məğlub edə bilmədi və matç 1:1 hesablı heç-heçə ilə başa çatdı. Karlo Ançelottinin komandası hazırda Çempionlar Liqasında “Mançester Siti” ilə səfər oyununa hazırlaşır. Matç fevralın 11-də baş tutacaq.

Onu da qeyd edək ki, “Real” hazırda La Liqanın turnir cədvəlində birinci yerdədir.