“Real”da ciddi itki

“Real” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Kilian Mbappe zədələnib. Fransalı futbolçu dünən La Liqada “Alaves”lə oyunda (3:2) sıradan çıxıb.

Mbappenin son durumu tibbi müayinədən sonra bilinəcək. Onun La Liqada VIII turun “Atletiko” ilə görüşündə iştirakı sual altındadır.