Madridin “Real” klubu UEFA Superkubokunun final oyunu öncəsi ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən hesab edilən Eduardo Kamavinqa zədələnib. Fransalı yarımmüdafiəçi komandasının məşqi zamanı sıradan çıxıb. Bu səbəbdən o, bu gün UEFA Superkubokunun final matçında “Atalanta”ya qarşı görüşü buraxmalı olacaq. Fransalı pleymeykerin 6-7 həftə arası yaşıl meydanlardan kənar qalacağı gözlənilir.