“Real”da ayrılıq səsləri

Madrid “Real”ının iki futbolçusu klubdan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Arda Güler ​​və hücumçu Endrik oyun dəqiqələrinin azlığından narahatdırlar və sanki komandanın baş məşqçisi Karlo Ançelottiyə görünmədiklərini hiss edirlər. Fevral ayında 18 yaşlı Endrik yalnız bir matç – İspaniya Kubokunda meydana çıxıb. Qışın sonunda 20 yaşı tamam olacaq Gülər ​​üçün də vəziyyət eynidir.

“Transfermarkt” portalı Ardanı 45 milyon avro, Endriki isə 40 milyon avro qiymətləndirir.