“Borussiya”nın futbolçusu Ceydon Sanço UEFA Çempionlar Liqasının finalında “Real”a qarşı oyunla bağlı gözləntilərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, o, “Real”a qarşı final oynamağı uşaqlıqdan xəyal etdiyini qeyd edib:
“Uşaqlıqdan həmişə belə şeyləri xəyal edirsən. Bu, gerçəkləşmiş yuxu kimidir. “Real”la oyun isə bu matçı daha da parlaq edir. Onlara qarşı final oynamaq arzum idi. “Real”da dostlarım çoxdur. “Bavariya” ilə matçdan sonra onlarla danışdıq. Bu matçı səbirsizliklə gözləyirəm”.
Qarşılaşma iyunun 1-də İngiltərədə keçiriləcək.