“Vilyarreal”ın mərkəz hücumçusu Aleksandr Şarlot “Barselona”nın maraq dairəsinə düşüb.
Futbolpress.az xəbər verir ki, “Todofichajes” nəşri məlumat yayıb.
Kataloniya klubu Şarlota Levandovskinin əvəzləyicisi kimi baxır.
“Valyarreal” futbolçuya görə 38 milyon avro tələb edir.
Hücumçu son turda “Real”la (4:4) matçda 4 qolla yadda qalmışdı. O bu mövsüm 40 oyunda 26 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.