“Real” yetirməsini geri qaytara bilər

“Jirona”nın müdafiəçisi Migel Qutyerres mövsümün sonunda “Real”a keçə bilər

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun yetirməsi olan Qutyerresin “Jirona” ilə müqaviləsində Madrid təmsilçisinin lehinə olan bənd var.

Belə ki, “Real” 8 milyon avro ödəməklə futbolçunu heyətinə qata bilər.

Müdafiəçi 39 matçda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.