“Real” yeni formatı dəstəkləmir

“Real”ın baş məşqçisi Karlo Ançelotti 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcəklərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə İtaliya mətbuatına açıqlamasında deyib:

“Real” digər klublar kimi dəvəti rədd edəcək. FIFA yeni tətbiq olunan formata klubların qoşulmayacağını unudur. “Real”ın bir oyununun dəyəri 20 milyon avrodur. FIFA bu məbləği bizə ümumi turnir üçün verməyə çalışır”.

Klublararası Dünya Çempionatının yeni formatında 32 komanda iştirak edəcək. 4 komandalı 8 qrup olacaq və ilk iki sıranı tutanlar növbəti mərhələyə yüksələcək. Növbəti görüşlər isə bir mərhələli olacaq.