“Real” Vinisiusun meneceri ilə görüşəcək

“Real” futbolçusu Vinisius Juniorun müqaviləsini uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Madrid təmsilçisi yaxın zamanda hücumçunun meneceri ilə danışıqlara başlayacaq.

Vinisiusun müqaviləsi 2027-ci ilin yayına qədərdir. 24 yaşlı futbolçu bu mövsüm 15 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.