“Real” Vinisiusa qiymət qoydu

“Real” futbolçusu Vinisius Juniorun transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, “kral klubu” 24 yaşlı vingeri azı 150 milyon avroya buraxa bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Vinisiusla Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” maraqlanır. Daha əvvəl “Real”ın braziliyalı futbolçunu satmaq istəmədiyi bildirilib.

Junior bu mövsüm 5 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.