“Bayer”in futbolçusu Conatan Ta karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, alman müdafiəçi “Barselona” və “Real”ın diqqət mərkəzindədir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
“Real”ın nümayəndələri artıq 28 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Conatanın “Bayer”lə müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm Bundesliqada 6 oyunda 1 qol vurub.