“Real” onunla yollarını ayırmağı düşünür

“Real” futbolçusu Ferlan Mendi ilə yollarını ayırmağı düşünür.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi son cinah müdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

Mendinin klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. O, son mövsümdə 37 oyunda 1 qol vurub.