“Real” qapıçısı Andrey Luninin müqaviləsini uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Madrid klubu ukraynalı qolkiperlə razılığa gəlib. Bu barədə “Marca” nəşri məlumat yayıb. “Real” Lunin ilə 4 illik müqavilə imzalayacaq.
Qolkiperin müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm La Liqada oyuna çıxmayıb.