“Real” futbolçusu Raul Asensio ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Madrid təmsilçisi 21 yaşlı müdafiəçi ilə danışıqlara başlayacaq.
“Real”ın yetirməsi olan Raul bu mövsüm La Liqada 11 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyununa kimidir.