“Real” iki futbolçusu Toni Kroos və Luka Modriçə yeni müqavilə təklif edəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
“Kral klubu” yarımmüdafiəçilərlə danışıqlara başlayacaq. “Real” Kroos və Modriçlə bir illik müqavilə imzalamağı planlaşdırır.
Toni bu mövsüm La Liqada 32, Modriç isə 30 oyunda meydana çıxıb. Hər iki oyunçunun indiki sözləşməsi yayda başa çatır.