“Real” müdafiəçisi haqda qərarını verdi

“Real” Daniel Karvahalla müqaviləni yeniləmək istəyir.

Futbolpress.az “Relevo”ya istinadən xəbər verir ki, klub rəhbərliyi müdafiəçinin çıxışından razıdır və ona yeni sözləşmə təklif etmək niyyətindədir.

Karvahalın komanda ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

32 yaşlı futbolçu bu mövsüm 38 matçda 5 qol və eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.