“Real” Modriçlə razılığa gəldi

“Real”ın yarımmüdafiəçisi Luka Modriç növbəti həftə “kral klubu” ilə yeni müqavilə imzalayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında müqavilənin şərtləri razılaşdırılıb.

2012-ci ildən “Real”da çıxış edən Modriç bu mövsüm 46 matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.