“Real” Mbappeyə 150 milyon avro ödəyəcək

“Real”ın yeni transferi Kilian Mbappe 150 milyon avro imza bonusu alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə bu məbləğin beş il müddətinə ödəniləcəyi bildirilib.

“Real” dünən Mbappenin transferini açıqlayıb. Fransalı hücumçu ilə sözləşmə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.