“Real” Mbappeni transfer etdiyinə peşman olub”

İspaniyanın “Real” klubu fransalı hücumçu Kilian Mbappeni transfer etdiyinə peşman olub.

Futbolpress.az xəbər verir ki, bu barədə ispan jurnalist Romen Molina deyib:

“Real” Mbappeni transfer etdiyinə peşman olub. Buna əminəm. Kluba yaxın mənbələrdən də bu haqda məlumatlar almışam. “Real” Mbappenin performansından və fiziki durumundan narazıdır. Üstəlik futbolçu haqda son günlərdə çıxan təcavüz ittihamları klubda məyusluğu artırıb”.

Mbappe bu mövsüm “Real”la 11 oyunda 7 qol vurub.