“Real” Kroosa əvəzləyici tapdı

“Mançester Siti”nin futbolçusu Rodri karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Madrid klubunda baş məşqçi Karlo Ançelotti və rəhbərlik Rodrinin transferinə böyük maraq göstərir.

Yarımmüdafiəçi Toni Kroosa əvəzləyici kimi düşünülür.

Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. “Real” mövsümün sonuna kimi oyunçunun durumunu yaxından izləyəcək.