“Real” “Bayer”in futbolçusu Ceremi Frimponq ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. “Kral klubu” müdafiəçini bir müddət əvvəl zədələnən və mövsümün qalan hissəsini buraxacaq Dani Karvahala əvəzləyici kimi düşünür.
Frimponq bu mövsüm “Bayer”dən ayrılmaq istəmir. “Real” 23 yaşlı müdafiəçini razı salmağa çalışacaq.
Frimponq bu mövsüm 10 oyunda 5 məhsuldar ötürmə edib, 1 qol vurub.